Siyasət

Sərsəng su anbarı Azərbaycanın nəzarəti altına keçib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir və su anbarının istismarını həyata keçirir.

Bu barədə Agentliyin sentyabrın 29-da yaydığı məlumatda deyilir.

Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

1976-cı ildə Tərtərçay çayının üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib.

Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu – 50,25 km-dir.

Bənzər yazılar

Back to top button