Hadisə

Elmar Məmmədyarov Qənirə Paşayeva ilə xatirələrindən danışdı: “Bu ona pis təsir etmişdi”

“Mənimlə tez-tez beynəlxalq hüquqla bağlı söhbətlər edirdi”.

Bu sözləri Qaynarinfo-ya sabiq xarici işlər naziri Elmar Məmmədyarov deputat Qənirə Paşayevin vəfatı ilə bağlı danışarkən deyib.

“Onunla xeyli səfərlərdə olmuşam, söhbətlər etmişəm. O, Azərbaycanı çox sevirdi. Patriot kimi bəlkə də Azərbaycanda ən öndə gedən insanların sırasında idi. Onun vəfatı Azərbaycan xalqı üçün böyük itkidir. Qənirə xanım həm jurnalist, həm də deputat kimi ölkəmiz üçün çox işlər görürür, can yandırırdı. Bu birmənalı olaraq belə idi. Allah ona rəhmət eləsin!”, deyə sabiq nazir bildirib.

Elmar Məmmədyarov mərhum deputatla bağlı xatirələrini də bölüşüb:

“Bizim dialoqlarımız hər zaman səmimi olurdu. O, doğurdan vətənimiz üçün can yandırırdı. Məndən ən çox beynəlxalq arenada Azərbaycanın mövqeyinin necə olması ilə maraqlandırdı. Beynəlxalq hüquqla bağlı fikirlərimi öyrənirdi. Mənimlə söhbət edəndə maraqlanırdı ki, filan diplomatik məsələlərdən necə çıxmaq olar? Azərbaycan ABŞ, Rusiya və digər ölkələrlə əməkdaşlığı daha da gücləndirmək üçün hası işlər görülməlidir? Bax bu məsələlər ətrafında tez-tez müzakirələr aparırdıq. Qənirə xanımla yadımda qalan çox xatirələrim var”.

Sabiq nazir həmçinin 2009-cu ildə Ermənistan-Türkiyə sərhədlərinin açılmamasında böyük əməyi olan insan olduğunu da deyib:

“Bu barədə çox söz danışa bilərəm. Mən nazir olanda o bizimlə birlikdə xarici səfərlərdə də olurdu. 2009-cu ildə Sürix protokollarına əsasən Ermənistan-Türkiyə sərhədi açılması gündəmdə idi. Bu digərləri kimi, Qənir xanıma da çox pis təsir etmişdi. Həmin vaxt Qənirə xanım Türkiyəyə səfər edərək, bir-bir universitetlərə gedib, çıxışlar edirdi. Demək olar ki, günlərlə gecə-gündüz demədən öz işini aparırdı. O, Türkiyədə sübut etdi ki, Azərbaycanın torpaqları işğaldan azad olunmadan sərhədlərin açılması düzgün deyil. Şəxsən bu işin dayandırılmasında Qənirə xanımın da çox böyük əməyi oldu”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button