GündəmSiyasət

Qarabağ “SQ”nin keçmiş komandirinin birinci müavini həbs edilib

Sentyabrın 28-də Azərbaycan hüquq-mühafizə orqanları “Laçın” sərhəd-buraxılış məntəqəsində Qarabağ “SQ”nin keçmiş komandirinin birinci müavini David Manukyanı saxlayıblar və Bakıya gətiriblər. Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Elə bu gün Bakının Səbail rayon Məhkəməsi onun barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan tədbiri seçib.

Manukyana qarşı Azərbaycan CM-in 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittihamlar irəli sürülüb.

Bənzər yazılar

Back to top button