GündəmManşet

İndi sülh sazişini hazırlamaq daha asan olacaq – İlham Əliyev

20 sentyabr hadisələrindən sonra Azərbaycan və Ermənistan nümayəndələrinin oturub birlikdə sülh sazişinin layihəsi üzərində işləməyinin vaxtı çatıb. Bu barədə dövlət başçısı İlham Əliyev cümə günü Zəngilanda bildirib.

“Azərbaycan öz suverenliyini bərpa edib, buna görə həll tapmaq və sülh müqaviləsi bağlamaq daha asan olacaq. Bundan sonra, yaxud da paralel olaraq sərhədlərin delimitasiyası üzərində işləmək və uzunmüddətli qarşıdurmaya son qoymaq lazımdır”, deyə Əliyev Zəngilanda Milli Şəhərsalma Forumunda çıxışında bildirib.

“Biz Qafqazda sülh istəyirik və o, əldə oluna bilər, seçim Ermənistanındır”, deyə o qeyd edib.

Bənzər yazılar

Back to top button