Əl-Xelaifi Mbappenin növbəti mövsümə harada başlayacağını açıqladı

PSJ-nin prezidenti Nasser Ə-Xelaifi komandanın hücumçusu Kilian Mbappenin növbəti mövsümə harada başlayacağını açıqlayıb.
Fanat.az xəbər verir ki, klub başqanının dediklərini sosial şəbəkə hesabları üzərindən jurnalist Adrian Qrenye belə çatdırıb:
“Mbappe PSJ-nin oyunçusudur. Ona sahib olduğumuz üçün özümüzü xoşbəxt sayırıq və Kilian gələn mövsüm də komandamızda qalacaq. Mbappe fantastik oyunçudur və bu klubu sevir. O, dünyanın ən yaxşı oyunçusudur”.
Xatırladaq ki, Mbappe bu yay parislilərlə olan müqaviləsinin müddətini 2025-ci ilin yayına qədər uzatmaqdan imtina etmişdi. Fransalı hücumçunun xidmətində “Real Madrid”in maraqlı olduğu bildirilirdi. Ulduz forvardın Paris klubu ilə indiki anlaşması 2024-cü ilin yayına qədər nəzərdə tutulub. 24 yaşlı hücumçu cari mövsüm Fransa çempionatında 5 oyuna çıxaraq 7 qol vurub.