
“Ermənistan 30 il işğalçılıq siyasəti yürüdüb, bölgəni “boz zona”ya çevirib”.
Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X” hesabında Almaniya Xarici İşlər Nazirliyinə cavabında bildirib.
A.Hacızadə Almaniya XİN-in Qarabağ bölgəsini “dağlıq” adlandırmasına da qarşı çıxıb.
“Azərbaycan öz erməni sakinlərini qorumaq və reinteqrasiya etməkdə qətiyyətlidir və qadirdir”, – XİN rəsmisi vurğulayıb.