GündəmSiyasət

Ermənistan Qarabağdan 100 mindən çox adamın gəldiyini bildirir

Şənbə günü saat 07:30-a olan vəziyyətə görə, Qarabağdan Ermənistana 100 417 nəfər gedib, ölkə hökumətinin mətbuat xidmətinin rəhbəri Nazeli Bağdasaryan bildirib.

Maraqlıdır ki, Ermənistan hakimiyyəti Qarabağdan gedənləri “məcburi köçkünlər” adlandıraraq Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmadığını nümayş etdirir.

Bu termin dövlətin bir hissəsindən digərinə məcburi mühacirət edən adamları ifadə edir, yəni söhbət daxili məcburi köçkünlərdən gedir. Görünür, Ermənistan hökumətində hələ də “Qarabağı Ermənistanınkı” hesab edirlər.(Turan)

Bənzər yazılar

Back to top button