Siyasət

David Babayan və Levon Mnatsakanyan həbs olunaraq ağır cinayətlərdə ittiham olunublar

Qarabağın keçmiş “xarici işlər naziri” David Babayan bir sıra ağır cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilərək istintaqa cəlb edilib, Azərbaycanın Baş Prokurorluğu sentyabrın 30-da məlumat yayıb.

Ona qarşı hələ 2020-ci il oktyabrın 28-də təcavüzkar müharibənin planlaşdırılması və aparılması, muzdluların cəlb edilməsi və onların maliyyələşdirilməsi, terrorizmin təşkili,

müharibə zamanı humanitar hüququn pozulması, milli ədavətin qızışdırılması və sair ittihamlarla cinayət işi açılıb. Sentyabrın 29-da Babayan saxlanılaraq istintaqa təhvil verilib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Baş Prokurorluq Qarabağın keçmiş “müdafiə naziri” Leva Mnatsakanyanın da istintaqa cəlb olunduğunu açıqlayıb.

Onun barəsində 2006-cı ildə işgəncə ittihamı ilə cinayət işi başlanıb. O, 2002-ci ildə Füzuli rayonunun Alxanlı kəndində əsir azərbaycanlı Məmmədov İlham Yusif oğluna və digər məhbuslara işgəncə verib.

Mnatsakanyan da sentyabrın 29-da saxlanılıb.(Turan)

Bənzər yazılar

Back to top button