Siyasət

Moskva Dağlıq Qarabağdakı sülhməramlı missiyanın taleyini Bakı ilə müzakirə edəcək

Kremldən bildiriblər ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin gələcək taleyi Bakı ilə müzakirə mövzusu olacaq, – “İnterfaks” bildirib. Prezidentin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlılarının regionda qalıb-qalmayacağı barədə suala belə cavab verib.

Jurnalistlərin “Bakı və Yerevan arasındakı münaqişəyə son qoymaq olarmı və iki münaqişə tərəfi arasında sülh müqaviləsi nə dərəcədə aktualdır?” sualına Kremlin nümayəndəsi belə cavab verib: “Bu sual şübhəsiz ki, aktualdır. Əlbəttə ki, regionda nəqliyyat kommunikasiyalarının və logistikanın inkişafına dair planlar var. Bu, həm Azərbaycan, Ermənistan, həm də Rusiya üçün olduqca vacibdir. Ümid edirik ki, bu iş davam etdiriləcək”.

O dəqiqləşdirib ki, “söhbət hazırda Azərbaycan ərazisində olan missiyadan gedir”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bundan öncə dəfələrlə Peskov Qarabağdakı hadisələri Azərbaycanın daxili işi adlandırıb.

Bənzər yazılar

Back to top button