Siyasət

Azad edilmiş ərazilərdə 100 min hektara yaxın sahə minalardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə 98 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə jurnalistlərə ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov bildirib.

Onun sözlərinə görə, aşkar edilmiş minaların əksəriyyəti Ermənistan istehsalıdır və plastik örtüklüdür. Metal tərkibi azdır və bu cür minaları aşkarlamaq daha çətindir.

Samir Poladov bildirib ki, sentyabrın 19-20-də antiterror əməliyyatı zamanı azad edilmiş ərazilərin təmizlənməsilə bağlı fəaliyyətə başlanılıb. İlk növbədə, əməliyyatlar kritik təhlükəli yerlərdə aparılır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button