İdman

Messi nə vaxt qayıdır?

“İnter Mayami”nin zədəli futbolçusu Lionel Messinin yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib.

Qol.az ABŞ mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu oktyabrın 5-də “Çikaqo Fayr”a qarşı görüşü buraxacaq. Lakin forvard oktyabrın 8-də “Cincinnati” ilə matçda oynaya biləcək.

Messi zədə səbəbindən “İnter Mayami”nin son 3 görüşünü , o cümlədən komandasının “Herons”un “Hyuston Dinamo”ya uduzduğu (1:2) ABŞ Açıq Kubokunun finalını buraxıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, argentinalı futbolçu bu yay PSJ-dən ayrıldıqdan sonra “İnter Mayami”yə keçib.

Bənzər yazılar

Back to top button