Siyasət

İranda Azərbaycanın Tehrandakı səfirliyinin işinin tezliklə bərpa olunacağına ümid edirlər

İran və Azərbaycan tezliklə Tehranda Azərbaycan diplomatik nümayəndəliyinin işinin bərpasını müzakirə etməyi planlaşdırırlar. TASS-ın məlumatına görə, bu bəyanatla İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kanani Çafi bildirib.

“Azərbaycan rəsmi şəxslərinin İrana səfər planları razılaşdırma mərhələsindədir və mən hələlik dəqiq tarixi deyə bilmərəm. Ancaq sizi əmin edirəm ki, gündəmdə Azərbaycan səfirliyinin işinin bərpası və Cənubi Qafqazda hadisələrin inkişafı kimi ciddi məsələlər var”, – “Fars” agentliyi onun sözlərindən sitat gətirib. “Azərbaycan diplomatlarının Tehrana qayıtması yaxşı əlamət olardı və ümid edirik ki, tezliklə bunun necə baş verdiyini görə biləcəyik”.

Bu il yanvarın 27-də diplomatik missiya silahlı hücuma məruz qaldıqdan sonra Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb və əməkdaşlarını təxliyə edib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bu gün AzTV dövlət telekanalı bildirib ki, İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə silahlı hücum edən cinayətkarın barəsində ölüm hökmü çıxarıb.(Turan)

Bənzər yazılar

Back to top button