İqtisadiyyat

Vahid Əhmədov: “Bəzi deputatlar Rəqabət Məcəlləsinə görə narahatdır”

“Bəzi həmkarlarım Rəqabət Məcəlləsinə görə narahatdır. Onlar narahat olmasınlar, biz 15 ildir gözləyirik ki, bu Məcəllə parlamentə daxil olsun”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov vurğulayıb ki, bu gün mağazalar, ticarət şəbəkələri tərəfindən qiymətlər qorunur:

“İstehlakçılar süni qiymət artımından narazıdır. Rəqabət Məcəlləsi isə bunu tənzimləyəcək. Belə ki, ticarət şəbəkələri artıq müəyyən marjadan yuxarı qiymət təyin edə bilməz, əks halda cərimələrlə üzləşəcəklər”.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.

Bənzər yazılar

Back to top button