İdman

Madrid nəhəngi ingilis klubunun ulduzlarına göz dikib

“Real Madrid” “Nyukasl”ın ulduzları Aleksandr İsak və Bruno Gimarayşla maraqlanır.

Fanat.az xəbər verir ki, məlumatı “Daily Mirror” yayıb.

Mənbənin məlumatına görə, Madrid klubu Çempionlar Liqası matçında hücumçu və yarımmüdafiəçini izləmək üçün skaut göndərmək niyyətindədir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

İsak keçən yay 63 milyon funt-sterlinqə “Real Sosyedad”dan transfer olduqdan sonra bütün yarışlarda 35 oyunda 15 qol vurub.

“Nyukasl”ın keçən ilin yanvarında “Olimpik Lion”dan 40 milyon funt-sterlinqə aldığı Bruno isə mübarizə, topa sahib olma və ötürmələrə görə Premyer Liqanın ən yaxşı altı oyunçusu arasında yer alır.

Bənzər yazılar

Back to top button