Siyasət

Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası planını təqdim edib

Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası üzrə praktiki fəaliyyətə başlayıb. Bu barədə bu gün Prezident Administrasiyası bildirib.

Reinteqrasiya tədbirlərinin planları sentyabrın 21, 25 və 29-da Yevlax və Xocalı şəhərlərində Qarabağ ermənilərinin nümayəndələrilə görüşlər zamanı təqdim edilib.

Qeyd olunub ki, reinteqrasiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, onun Konstitusiyası, qanunları və ölkənin beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir. Bütün vətəndaşlara hüquq və azadlıqların bərabərliyi təmin edilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Reinteqrasiya tədbirləri planı bir neçə blokdan ibarətdir:

Əsasən, “Hüquqi və inzibati sahə” bölməsi üzrə qeyd olunur ki, erməni sakinlərin yaşadığı ərazilərdə idarəçilik Azərbaycan prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Yerli sakinlər xüsusi nümayəndəliklərdə işə cəlb edilə bilər.

Eyni zamanda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq seçkilər vasitəsilə yerli sakinlərin təmsilçilik orqanları – bələdiyyələr yaradılır.

Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq müvafiq prosedurlar əsasında həll edilir.

“Təhlükəsizlik sahəsi” bölməsi üzrə tərk-silah və tərxis prosesi, silahların yığılması prosesi nəzərdə tutulur.

Azərbaycan daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər.

“İqtisadi sahə” bölməsində təhsilə, səhiyyəyə, kommunal xidmətlərə, rabitə və digər xidmətlərə çıxış məsələləri öz əksini tapıb.

Vergi və gömrük güzəştləri daxil olmaqla, stimullaşdırıcı tədbirlər paketi tətbiq olunur.

Azərbaycan milli valyutasının tam tədavülə keçməsi təmin edilir.

Güzəştli kreditlər, subsidiyalar, sahibkarlıq subyektlərinin maliyyəyə çıxışı təmin edilir. Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisindən başqa bütün vergilərdən azaddır.

Mülkiyyət məsələləri Azərbaycan qanunlarına uyğun olaraq tənzimlənir.

“Sosial sahə” bölməsində qeyd olunur ki, sakinlərə güzəştlər tətbiq edilir və bütün əhali üçün məşğulluq proqramları həyata keçirilir.

“Mədəniyyət, təhsil və din sahəsi” bölməsində sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir. Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur.

Erməni dilindən istifadəyə imkan yaradılır.

Reinteqrasiyanın həyata keçirilməsilə bağlı erməni sakinlərin nümayəndələrilə əlaqələr davam etdiriləcək, məlumatda deyilir. (Turan)

Bənzər yazılar

Back to top button