İdman

“Real”ın transfer siyahısı açıqlandı: kimlər var?

Kriştiano Ronaldonu 112 milyon avroya “Yuventus”a satan “Real”ın heytinə qatacağı ulduzlarla bağlı müzakirələr davam edir.

Fanat.Az xəbər verir ki, Avropa mediası “Kral Klubu”nun transfer siyahısını açıqlayıb. İddia olunub ki, “Real” “Çelsi”dən Eden Hazard, “Tottenhem”dən Harri Keyn, PSj-dən isə Neymar və Kilian Mbappeni transfer etmək istəyir.

Bu futbolçular arasında transferi ən real olan futbolçunun Hazard olduğu bildirilir. Belçikalı ulduz dünən keçirilən dünya çempionatının bürün medal uğrunda oyunundan sonra “Çelsi” getməyimi istəsə, gedəcəyim klub bəllidi” açıqlaması ilə “Real”a transfer oluna biləcəyinə işarə vurub.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button