İdman

“Dünya çempionatının finalında belə penalti təyin etmirlər” – Daliç

“Oyunçularıma bildirdim ki, vətənə başıuca qayıda bilərlər. Qazandığımız nəticəyə görə fəxr etməliyik. Məyus olmaq üçün əsas yoxdur. Futbolda bəzən uduzmaq da mümkündür”.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib.

Dünya çempionatının finalında Fransaya 2:4 hesabı ilə uduzduqları görüş barədə danışan 51 yaşlı mütəxəssis hakimin təyin etdiyi penaltiyə də münasibət bildirib:

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“İlk 20 dəqiqədə yaxşı oynadıq. Topa nəzarət etsək də, rəqib hesabı açdı. Avtoqoldan sonra da hücumlara ara vermədik. Cavab qolundan sonra rəqib bu dəfə penaltidən fərqləndi.

Mən hakimlərin qərarını şərh etməyi sevmirəm. Amma dünya çempionatının finalında belə penalti təyin etmirlər. Bununla Fransanın qələbəsinə kölgə salmaq fikrində deyiləm. Bu, mundialın ən yaxşı oyunu idi. Yaxşı oynasaq da, yekunda məğlub olduq”.

Bənzər yazılar

Back to top button