Dünya

Gürcüstanda mədən qəzası: 4 işçi öldü, çoxlu sayda yaralı var

Gürcüstanın Tkibuli şəhərində yerləşən Mindeli kömür mədənində yenə qəza baş verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, faciə nəticəsində 4 mədənçi həyatını itirib, çoxlu sayda işçi isə yaralanıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi 4 nəfərin ölümünü təsdiqləsə də yaralıların sayı barədə konkret rəqəm açıqlanmayıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Yerli media ölü sayının 10-a yaxın olduğunu yazıb.

Hazırda mədəndə xilasetmə işləri aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, iyunun 6-da da sözügedən mədəndə qəza baş vermiş və 6 mədənçi faciəvi şəkildə həlak olmuşdu. Bu səbəbdən Gürcüstanda 1 günlük matəm elan edilmişdi.

Bənzər yazılar

Back to top button