Dünya

Tramp və Putin Helsinkidə görüşəcək

Bu gün ABŞ prezidenti Donald Tramp və Rusiya rəhbəri Vladimir Putin Finlandiyanın paytaxtı Helsinkidə görüşəcəklər.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Tramp açıqlamasında müsbət hadisələr üçün gözləntilərinin aşağı olduğunu dilə gətirib. Ötən günlərdə 12 rusiyalı 2016-cı il ABŞ seçkillərinə müdaxilədə ittiham edilib. Tramp Putinlə görüşdə bu məsələni gündəmə gətirəcək.

Digər müzakirə mövzuları Suriya müharibəsi, ABŞ-İran münasibətləri, NATO büdcəsinin artırılması məsələsi və s. olacaq. ABŞ rəhbəri Böyük Britaniyada ötən günlərdə 2 vətəndaşın “Noviçok” maddəsi ilə zəhərlənməsindən danışacağını da bildirib. Mart ayında sabiq rus agenti Sergey Skripal və Yuliya Skripal eyni maddədən zəhərlənmiş, Britaniya buna görə Rusiyanı ittiham etmiş, böyük diplomatik böhran yaranmışdı.

Qeyd edək ki, Tramp və Putin ilk dəfə ABŞ-Rusiya sammitində qarşılaşacaqlar.

Bənzər yazılar

Back to top button