Siyasət

Səfir Bono Bakıda və Yerevanda danışıqlar apardıqdan sonra Parisə və Brüsselə səfər edəcək

ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Luis Bono hazırda ABŞ-ın sülh prosesinə dəstəyini müzakirə etmək üçün regionda səfərdədir, Turan-ın Vaşinqtondakı müxbirinin verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Bu səfərlər zamanı cənab Bono əsas maraqlı tərəflərlə görüşür”, deyə mənbə qeyd edib.

Bono bazar ertəsi Bakıda, çərşənbə axşamı isə Yerevanda olub, “ABŞ-a qayıdarkən isə Parisdə və Brüsseldə dayanacaq”, deyən Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi əlavə edib ki, bu, Bononun son bir ayda regiona ikinci səfəridir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Səfər çərşənbə axşamı Rusiya xarici işlər naziri Sergey Lavrovun Qərbin sülh üçün deyil, öz siyasi ambisiyalarını dəstəkləmək üçün “vasitəçilik xidmətlərini” Ermənistana və Azərbaycana “zorla qəbul etdirdiyini” bildirdiyi bir vaxtda baş tutub.

Lavrov Rusiya XİN-in saytında dərc olunan məqaləsində qeyd edir ki, Vaşinqton və Brüssel Qarabağdakı vəziyyətə “müdaxilə edərək Cənubi Qafqazda sabitliyi pozur”.

Lavrovun ittihamlarını Turan Agentliyinə şərh edən Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller belə deyib: “Bu, tamamilə yalandır”.

“Bizim Cənubi Qafqazda yeganə məqsədimiz sülhü və Ermənistan-Azərbaycan münasibətlərində sabitliyi təmin etmək və əlbəttə ki, Dağlıq Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarını nəzərə alınacağına və müdafiə olunacağına zəmanət verməkdir”, deyə o qeyd edib.

Bənzər yazılar

Back to top button