Siyasət

Ərəb sosial şəbəkələrində erməni separatçıların həbsi təqdiredici rəylər toplayıb

Ərəb sosial şəbəkələrində guya İsrail generallarının HƏMAS tərəfindən həbs olunduğunu əks etdirən video xeyli sayda layk və repost toplayaraq virusa çevrilib. Lakin daha yaxından baxıldıqda yalan, dezinformasiya və yalnış identifikasiya hadisəsi aşkar edilir, usatoday.com. bildirib.

8 oktyabrda X şəbəkə istifadəçisi bu videonu yerləşdirib, aktivlik və cəlbedicilik şkalasını yaradıb. Ancaq CrowdTangle tərəfindən istintaq hərəkətləri videonu dələduzluq kimi ifşa edib. CrowdTangle-ın sosial şəbəkələri analiz alətinə görə, yazı bir gündə Facebook-da 9000-dən çox layk və 30 repost toplayıb. Eyni versiyalar digər platformalarda da görünməyə başlayıb.

Sözügedən video İsrail generallarının həbsini nümayiş etdirmək əvəzinə, əslində erməni separatçı qruplaşmasının liderlərinin saxlanmasını təsvir edir. Azərbaycanın xüsusi xidmət orqanları həmin şəxsləri həbs ediblər. Qeyd edək ki, bu həbslər HƏMAS-ın İsrailə hücumundan dörd gün əvvəl baş verib.

Qandallanmış məhbusların lentə alındığı videonun daha ətraflı versiyası oktyabrın 5-də, HƏMAS-ın hücumundan iki gün əvvəl YouTube-da yerləşdirilib və Azərbaycan Təhlükəsizlik Xidmətinə aid edilib. Videonun adı göstərir ki, orada Dağlıq Qarabağ regionunda qanunsuz silahlı birləşmələrlə əlaqəli olan şəxslərin saxlanılması göstərilir.

Google Translate-ə görə, videonu Azərbaycan dilində müşayiət edən təsvirdə deyilir: “Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan Respublikasının Qarabağ regionunda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin törətdiyi terror aktları faktı üzrə cinayət işini davam etdirir”. Videoda keçən üç nəfər Arkadi Qukasyan, Bako Saakyan və David İşxanyan oktyabrın 3-də həbs olunublar.

Associated Press bu versiyanı təsdiqləyir və bildirir ki, sentyabrda hərbi əməliyyat nəticəsində Azərbaycan qüvvələri Dağlıq Qarabağı tez bir zamanda geri qaytardıqdan sonra separatçıların bir neçə digər lideri də oxşar aqibətlə üzləşib.(Turan)

Bənzər yazılar

Back to top button