Dünya

Blinken İsrailə getdi

ABŞ dövlət katibi Antoni Blinken vəd edilmiş səfərlə oktyabrın 12-də İsrailə gedib.

Bu barədə Qaynarinfo “Sky News”a istinadən xəbər verir.

Hadisə şahidinin sözlərinə görə, Antoni Blinkenin təyyarəsi artıq İsrailə enib.

“ABŞ dövlət katibi müttəfiqinə dəstək nümayişinin bir hissəsi kimi İsrailə uçub”, – nəşr aydınlaşdırır.

Səfər zamanı onun İsrailin yüksək vəzifəli rəsmiləri ilə görüşü gözlənilir.

Bu gün onun Fələstin prezidenti Mahmud Abbasla görüşəcəyi də açıqlanıb və bu, “bəzilərinin mübahisəli hesab edəcəyi bir addımdır”.

Bənzər yazılar

Back to top button