Siyasət

Mariya Peyçinoviç Buriç: “Avropa ölkələri İsrail ilə həmrəydirlər”

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç HƏMAS-ın İsrailin dinc sakinlərinə terror hücumlarını pisləyib. Buriç hərəkətlərini alqışladı Avropa yəhudi icmalarının qorunması ilə bağlı Avropa hökumətlərinin hərəkətlərini alqışlayıb. Eyni zamanda, o, İsraili öz cavab tədbirlərində mütənasiblik prinsipinə hörmətlə yanaşmağa və mülki əhalini ciddi şəkildə qorumağa çağırıb.

“Təşkilatımızın çoxdankı tərəfdaşı İsraildə terrorun alovlanması dəhşətlidir. HƏMAS-ın bu qədər günahsız insanın həyatına son qoyan və bu qədər yaralıya səbəb olan terror cinayətlərini ən qətiyyətli şəkildə pisləyirəm. Avropa Şurası qurbanları, onların ailələrini və yaxınlarını qətiyyətlə dəstəkləyir. Bizim dəstəyimiz və həmrəyliyimiz tam və qeyd – şərtsizdir”, – o bildirib.

“Mən həmçinin Yaxın Şərq münaqişəsinin Avropaya ixracının qarşısının alınmasından ötrü hər tərəfdən ekstremistlərin yolunu bağlamaq üzv dövlətlərimizin hökumətlərinin atdığı qətiyyətli addımları alqışlayıram. Yəhudi həmvətənlərimiz öz evlərində özlərini təhlükəsiz hiss etməyə davam etməlidirlər”, – o deyib.

Antisemitizm- haradan gəlirsə-gəlsin- qəbuledilməzdir və onunla amansızcasına mübarizə aparmaq lazımdır, Buriç qeyd edib. “Avropa Şurası sülh layihəsidir. Bizim təşkilat üzv dövlətlərdəki yəhudi icmaların rifahını qorumağa qərarlıdır. Dinc yanaşı yaşamaq qarşılıqlı anlaşma və hörmətə əsaslanır”, – o deyib.

Bununla yanaşı, o, İsrail hakimiyyətini “təcavüzə qarşı qanuni cavabda demokratik dəyərlərimizə sadiq qalmağa, mütənasiblik prinsipinə hörmətlə yanaşmağa və mülki əhalini ciddi şəkildə qorumağa” çağırıb. “Demokratik ölkələrin terrorizmə lazımi cavabı bizim dəyərlərimizə zidd ola bilməz və olmamalıdır”, – Buriç deyb. (Turan)

Bənzər yazılar

Back to top button