Hadisə

Xankəndiyə komendant təyin edilən general kimdir? – Dosye

Polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.

Xankəndi şəhərinin komendantı Səfərov Sərdar Süleyman oğlu 1973-cü ildə Sumqayıt şəhərində anadan olub.

1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini, 2020-ci ildə isə DİN-in Polis Akademiyasını bitirib.

1996-cı ildən 2005-ci ilin avqust ayınadək Daxili qoşunlarda xidmət edib və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə işləyib. O cümlədən, DİN-in Daxili Qoşunların hərbi hissələrində Motorlaşdırılmış Alayının Xüsusi təyinatlı bölüyünün komandiri, Xüsusi Motorlaşdırılmış Alayının Xüsusi təyinatlı taborunun komandirinin müavini-qərargah rəisi vəzifələrində xidmət edib.

2005-ci ildən daxili işlər orqanlarında xidmətə başlayıb o cümlədən, bölük komandirinin müavini, bölük komandiri vəzifələrində, 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi vəzifələrində xidmət edib.

2022-ci ilin fevral ayından Bakı Şəhər BPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub. Bu ilin yanvar ayında isə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.

Bənzər yazılar

Back to top button