İqtisadiyyat
SOCAR “Novıy potok”un səhmlərinin 50 faizini alacağı ilə bağlı məlumatı təkzib edib
![](https://aztoday.az/wp-content/uploads/2023/02/socar-noviy-potokun-sc999hmlc999rinin-50-faizini-alacagi-ilc999-bagli-mc999lumati-tc999kzib-edib-1.jpg)
SOCAR Rusiyanın “Novıy potok” şirkətlər qrupunun səhmlərinin 50 faizini alacağı ilə bağlı bəzi KİV-lərdə yer alan məlumata münasibət bildirib.
SOCAR-dan “Report”a bildirilib ki, şirkətin “Novıy potok”un səhmlərini almasi barədə yayilan məlumat əsassızdır.
Qeyd edək ki, bu gün pravdaurfo.ru saytında SOCAR-ın Rusiyanın “Novıy potok” şirkətlər qrupunun səhmlərinin 50 faizini alacağı barədə iddia yer alıb.