İdman

Azərbaycanda nizamnamə kapitalı 17,4 mln. manat olan Olimpiya Kompleksi yaradılıb

“Ağcabədi Olimpiya İdman Kompleksi” MMC dövlət qeydiyyatına alınıb.

Qaynarinfo Vergilər qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, mayın 24-də dövlət qeydiyyatına alınan Kompleksin nizamnamə kapitalı 17 mln. 412 min 728 manat təşkil edir.

Hüquqi ünvanı Ağcabədi rayonu, S.Vurğun, ev 220-də yerləşən kompleksin qanuni təmsilçisi Əyyub Həsənovdur.

Bənzər yazılar

Back to top button