Dünya

Moskva Paşinyanın Avropa parlamentindəki çıxışını kəskin şəkildə pisləyib

Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa parlamentindəki çıxışını məsuliyyətsiz və təxribatyönlü kimi qiymətləndirir. Bu barədə TASS agentliyinə Moskvadakı yüksək səviyyəli mənbə bildirib.

“Ermənistanı Ukrayna nömrə 3-ə (Moldovanı Ukrayna nömrə 2 hesab etsək) çevirməyə necə cəhd erdiklərini görürük, Paşinyan isə sürətli addımlarla Vladimir Zelenskinin yoluyla gedir”, – agentliyin həmsöhbəti qeyd edib.

Oktyabrın 17-də Avropa parlamentində çıxış edən Paşinyan erməni əhalinin Dağlıq Qarabağdan köçürülməsi fonunda Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə ittiham edib.

O, konkret ölkələrin adlarını çəkmədən “təhlükəsizlik sahəsində müttəfiqlərini” tənqid edib. Onun sözlərinə görə, 100 min nəfər Dağlıq Qarabağdan Ermənistana qaçarkən Yerevanın müttəfiqləri “nəinki kömək etmədilər, üstəlik hakimiyyət dəyişikliyinə açıq çağırışlar etdilər”.

Ermənistanın baş naziri Avropa İttifaqı ilə əməkdaşlıq etməyə və bu birliyə mümkün qədər yaxın olmağa hazır olduğunu bildirib. (Turan)

Bənzər yazılar

Back to top button