HadisəManşet

Gəncə Dövlət Universitetinin reaktorundan qardaşına ŞOK şikayət

Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti GDU-nun rektoru Yusif Yusifovdan onun qardaşı Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifova şikayət məktubu ünvanlayıb.

AzToday.az asiya.az-a istinadən şikayət məktubunu təqdim edir:

“Hörmətli Cavanşir müəllim. Bir az qəribə səslənsə də biz Sizə müraciət etmək qərarına gəldik. Çünki, Gəncə Dövlət Universitetində olan özbaşınalıqlarla bağlı Təhsil Naziri Emin Əmrullayevə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, Gəncə şəhər Prokuroru Azad Qarayevə dəfələrlə şikayət etsək də, Sizin hesabınıza heç bir tədbir görülmür. Əksinə qardaşınız Yusif Yusifov dəfələrlə bildirib ki, şəhər prokuroru rüşvətxor adamdır, hər dəfə çağıranda mənim 5000 manatımı alır. Cənab Prezidentə etdiyimiz şikayətlər isə Sizin çetenizin hesabına gedib ona çatmır.

Ona görə də, qardaşınızı hər vəchlə müdafiə etdiyiniz üçün biz – Gəncə Dövlət Universitetinin müəllimləri Sizə müraciət etmək qərarına gəldik. Ən azından müdafiə etdiyiniz şəxsi başa sala və düzgün yol göstərə bilərsiniz. Bir daha xatırladırıq ki, biz dəfələrlə kütləvi informasiya vasitələrində etirazımızı bildirmişik. Dəfələrlə müxtəlif orqanlara şikayət etmişik. Dəfələrlə özünə demişik. Respublikada ən aşağı maaş Gəncə Dövlət Universitetindədir. Buranın müəllimləri 350-400 manat arası maaş alırlar. Universitetin elmi dərəcəyə malik dosentlərinin maaşı 710 manat təşkil edir. Halbuki, digər universitetlərdə bu maaş dəfələrlə yüksəkdir.

Cavanşir müəllim, Siz maliyyə sistemində işləyirsiz. İndiki bahalıq şəraitində bu maaşla dolanmaq qeyri-mümkündür. Universitetin büdcəsi müxtəlif adlar altında Sizin qardaşınız və onun rüşvətxor dəstəsi tərəfindən talan olunur. Barı Siz onu başa salın. Ayıb deyilmi, bu adam müəllimlərin, eləcə də işçilərin maaşını niyə qaldırmır??? Laborant heyəti 270-300 manat maaş alır.

Hamı, bütün şəhər danışır ki, GDU-dakı bu maliyyə yeyintilərini, korrupsiyanı Cavanşir Yusifov və Azər Bayramov ört-basdır edir. Artıq kollektiv Sizin qardaşınıza qarşı inqilab ərəfəsindədir. Ayıbdır, tamahını bir az azaltsın, bütün kollektiv ona söyür.

Bu qədər universitetin pullarını talayır, ikimərtəbəli bir tədris binasının təmirinə 3 milyon manata kimi vəsait ayırıblar. Halbuki bu bina var, kosmetik təmir edib pulları da yeyirlər. Bunlar bəs etmir, indi də Gəncə Dövlət Universitetinin Bayraq meydanı yaxınlığında yerləşən 2-ci korpusunun həyətində qeyri-qanuni olaraq kafe tikilir. Bu kafe həm tədris korpusunun möhtəşəm görüntüsünə pis təsir göstərir, həm də auditoriyanın qarşısını tutur. Professor-müəllim heyətinin haqlı narazılığından sonra Gəncə Şəhər İcra Hakimiyyəti bu kafenin sökülməsinə göstəriş verdi. Lakin, gözdən pərdə asmaq üçün azaçıq bir hissəsi söküldü və söküntü dayandırıldı. İndi isə həmin kafeni yenidən tikmək istəyirlər.

Vaxtı ilə bu universitetin kafe tikilən ərazisinin Kontakt Home mağazasına satıldığı üçün universitetin sabiq rektoru Yadigar Əliyevi vəzifədən azad etmişdilər. İndiki rektor isə bir qədər də qabağa gedərək, həm həmin ərazinin bir hissəsini bu mağazaya satdı, indi isə həmin ərazinin bir hissəsində Tədris işləri üzrə prorektor, tədrisdən başqa hər şeylə məşğul olan Gəncədə “Kafelər kralı” ləqəbinə sahib Şahin Xurşudov kafe tikdirir.

Qardaşı kimi Sizdən xahiş edirik, onu başa salın, düzgün yol göstərin, hərçənd ki, o bunları anlamır. Biz kollektiv adından imzalı şəkildə cənab Prezidentə teleqrama vurub, buradakı vəziyyəti, habelə Sizin, Mikayıl Cabbarovun, Azər Bayramovun onu himayə etdiyini açıq-aşkar bildirəcəyik.

Hələlik, Sizə müraciət edirik ki, onu başa salın. Əgər bu barədə onunla danışıb başa salmasaz, onda əlimizdə olan materialları, eləcə də Sizə yazdığımız məktubun surətini kütləvi informasiya vasitələrində paylaşacağıq.

Hörmətlə, Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti”

Gəncə Dövlət Universitetinin rektorunun da mövqeyini dərc etməyə hazırıq.

Bənzər yazılar

Back to top button