İqtisadiyyat

“Bakı Metropoliteni” yarım milyonluq üzlük daş alır

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Cəfər Cabbarlı stansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq tələb olunan üzlük daşlarının satin alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin “Constructor Supply Services” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 515 093,6 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Constructor Supply Services” MMC 21 iyul 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 1, ev 8, mənzil 38-də yerləşir. MMC-nin qanuni təmsilçisi Dövlətov Həsənəli Məhərrəm oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Baxmayaraq ki, “Constructor Supply Services” MMC satınalma müsabiqələrində fəal iştirak edir.

Araşdırmalarımız zamanı məlum olub ki, “Constructor Supply Services” MMC 2019-cu ilə “Leading Supply Solutions Azərbaycan” MMC adı altında fəaliyyət göstərib. Həmin vaxt şirkətin qanuni təmsilçisi Sadıqov Əsgər Cəbrayıl oğlu olub. Şirkətin adı dəyişdiriləndə Əsgər Sadıqov da Həsənəli Dövlətovla əvəzlənib.

Həsənəli Dövlətov eyni zamanda “Stone-Az” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 27 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanl isə Bakı şəhəri Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 4, mənzil 53-də yerləşir.

Bənzər yazılar

Back to top button