İdman

“Qarabağ”ın əsas oyunçusu “Olimpiakos”la qarşılaşmada zədə alıb – Klub açıqlama yaydı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Olimpiakos”la Bakıdakı matçda (0:0) zədələnən futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib və onun ayaq əzələsində problem aşkarlanıb. Lakin braziliyalının zədəsinin çox ciddi olmadığı müəyyənləşib. Kadi 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq.

Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunda “Sumqayıt”la sabahkı matçı buraxacaq. Amma Kadinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Nant”la səfər görüşündə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, “Nant” – “Qarabağ” matçı oktyabrın 27-si Fransada olacaq.

Bənzər yazılar

Back to top button