Hadisə
İcra başçısının birinci müavini dünyasını dəyişdi – Ürəktutmadan

O, yolda ürəktutmandan ölüb
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İlqar Dadaşov vəfat edib.
“Report”un Cənub bürosunun verdiyi məlumata görə, 1956-cı təvəllüdlü İ.Dadaşov Lənkərandan Bakıya gedərkən yolda ürəktutmadan ölüb.
Qeyd edək ki, mərhum 2005-ci ildən bu vəzifədə çalışırdı.