Siyasət

ABŞ Ukraynaya təhlükəsizlik sahəsində 150 milyon dollarlıq əlavə yardım ayırır

Cümə axşamı Bayden Administrasiyası Ukraynaya təhlükəsizlik sahəsində 150 milyon dollarlıq əlavə yardım ayrıldığını bildirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Sonuncu paketə silah və texnika daxildir, deyə dövlət katibi Entoni Blinken öz bəyanatında bildirib.

“Ukrayna silahlı qüvvələri Rusiya qoşunları tərəfindən ələ keçirilmiş əraziləri qaytarmaq üçün cəsarətlə döyüşürlər və bu əlavə dəstək onların uğur əldə etməkdə davam etməsinə kömək edəcək”, deyə Blinken qeyd edib.

Öz növbəsində, Pentaqondan bildiriblər ki, yardıma zenit-raket kompleksləri üçün əlavə döyüş sursatları, “Stinger” zenit raketləri, HIMARS üçün əlavə döyüş sursatları, habelə Javelin tank əleyhinə sistemlər, 2 milyondan çox atıcı silah mərmisi və qış üçün təchizat daxildir.

“Rusiya bu müharibəyə başlayıb və istənilən vaxt öz qoşunlarını Ukraynadan çıxarmaqla və günahsız insanların həyatına son qoymağa davam edən amansız hücumları dayandırmaqla onu bitirə bilər. 50 ölkə Ukraynanı dəstəkləməyə davam edəcək və biz Ukraynaya ölkənin gələcəyini – ölkə xalqının möhkəm və mütərəqqi demokratiya şəraitində təhlükəsiz yaşadığı bir gələcəyi təmin etməyə kömək etmək üçün işi davam etdirəcəyik”, deyə Blinken bildirib.

Bənzər yazılar

Back to top button