GündəmHadisəManşet

Sabiq nazir Lənkəranın bərbad gündə olduğunu deyir

Lənkəranda səfərdə olan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov şəhərin bərbad gündə olduğunu deyir.

Bu barədə sabiq XİN rəhbəri sosial media hesabında yazıb.

“Ölkənin cənubuna getdim. Təbiət gözəldir…Amma Lənkəranın küçələrində niyə belə qarışıqlıq var? Mərkəz belə təmizlənmir, Lənkəran Dram Teatrının yanında zibil yanır…” – deyə o yazıb.

Onun sözlərinə görə, Lənkəran küçələri səliqə-sahmansız, yollar bərbad, şəhərin mərkəzi və ara küçələri asfalt üzünə həsrətdir. Amma icra başçısı Taleh Qaraşov illərdir ki, Lənkəran üçün bir addım atmır.

Lənkəran Şəhər İcra Hakimiyyəti sabiq nazirin fikirlərinə münasibət bildirməyib.

Bənzər yazılar

Back to top button