Dünya

ABŞ Ukraynaya 425 milyon dollarlıq yeni hərbi yardım paketi göndərib

Cümə günü Bayden Administrasiyası Ukraynaya artilleriya mərmiləri, RƏM silahları, hava hücumundan müdafiə silahları üçün raketlər və soyuq hava üçün təchizat, güllələr, nəqliyyat texnikası ehtiva edən ümumi dəyəri 425 milyon dollar olan yardım paketi ayrıldığını elan edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Pentaqonun məlumatına görə, Ukraynanın təhlükəsizliyinə yardım Təşəbbüsü çərçivəsində 300 milyon dollara yaxın vəsait verilib, ABŞ bu vəsaitlə müdafiə sənayesindən silah alaca.q

Paketdə bilavasitə müdafiə ehtiyatlarından daha 125 milyon dollar əldə olunacaq, deyə dövlət katibi Entoni Blinken öz bəyanatında bildirib.

Buraya 3 milyon atıcı silah və qumbara gülləsi, 12 yük nəqliyyat vasitəsi, qış təchizatı, partladıcı avadanlıq, raket əleyhinə sistemlər və raket əleyhinə müdafiə sistemləri üçün döyüş sursatları, həmçinin 155 mm və 105 mm artilleriya mərmiləri daxildir.

Bu addım Konqresin Ukraynaya çoxmilyardlıq yardımın ayrılması haqqında qərarı ləngitməsi ilə əlaqədar atılıb.

“Biz Ukraynaya özünü müdafiə etməkdə və öz gələcəyini təmin etməkdə kömək etməklə, milli təhlükəsizlik maraqlarımızın təşviqi üçün Konqreslə işləməyi davam etdirəcəyik”, deyə Blinken öz bəyanatında bildirib.(Turan)

Bənzər yazılar

Back to top button