İqtisadiyyat

Ərzaq məhsullarının qiyməti niyə bahalaşıb? (AÇIQLAMA)

“Azərbaycanda hazırda ərzaq məhsullarının qiymətlərinin qalxması qarşıdakı bayramla əlaqəlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri iqtisadçı ekspert Akif Nəsirli deyib.

Ekspert hesab edir ki, Azərbaycanda qiyməti inhisarçılar qaldırır:

“Onlar qiymətləri yalnız pensiyaların qalxması haqqında məlumatlar yayılanda qaldırmırlar. Yəni, bu gün marketlərdə ərzaq qiymətlərin qalxmasının pensiya ilə əlaqəsi yoxdur. Pensiya hələ qalxmayıb, qiymət artımları əvvəldən gedir. Düzdür, pensiyaların qalxması ilə bağlı məlumatlar müəyyən təsirlərə malikdir. Amma konkret demək olmaz ki, qiymətlər pensiya artımına görə qalxır. Pensiya yanvar ayının 1-də artacaq və fevral ayının 5-dən sonra alacaqlar. Hələ o vaxta qədər real olaraq pensiyanın qalxması ilə bağlı qiymətlərin armasını əlaqələndirmək doğru deyil”.

Akif Nəsirli bildirib ki, bayram günlərində ticarət dövriyyəsi artır:

“Bayram günlərində adamlar alış-veriş edir, iaşə obyeklərinə üz tuturlar. Hazırkı bahalaşma da onunla bağlıdır. İnhisarçılar həmişə dövriyyəyə nəzarət edir. Dövriyyə artan kimi qiymətlər bahalaşır”.

Bənzər yazılar

Back to top button