Siyasət

Yüksəkrütbəli hərbçilərə “Qarabağ” ordeni verildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin əməkdaşlarını təltif edib.

AzToday.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, beş yüksəkrütbəli şəxsə “Qarabağ” ordeni verilib.

Siyahıda adı olan yüksəkvəzifəli şəxslər müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev, Xüsusi Təyinatlı Qüvvələrin komandiri, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirovdur.

Bənzər yazılar

Back to top button