Cəmiyyət

Bələdiyyələr üçün Strateji Fəaliyyət Planı hazırlanacaq

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Bələdiyyə rəsmilərinin və yerli sakinlərin ictimai iştirakçılıq və strateji planlaşdırma üzrə bilik və bacarıqlarını artırmaq məqsədilə tədbirlərin təşkili” layihəsini həyata keçirir.

Layihənin məqsədi müxtəlif bölgələrində yerləşən 2 bələdiyyədə bələdiyyə rəsmilərinin və yerli sakinlərin ictimai iştirakçılıq və strateji planlaşdırma üzrə bilik və bacarıqlarını artırmaqla bələdiyyə idarəetməsində səmərəliliyin və şəffaflığın güclənməsidir.

Layihə Salyan rayonu Çuxanlı bələdiyyəsi və İsmayıllı rayonu Qalacıq bələdiyyəsini əhatə edəcək. Bələdiyyə üzvləri və qulluqçuları üçün təlimlər keçiriləcək. Təlimlər hər bir bələdiyyədə 10 bələdiyyə üzv və qulluqçusunun iştirakı ilə 1 gün müddətində keçiriləcək.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Ənənəvi və interaktiv təlim üsullarından istifadə edilməklə keçiriləcək təlimlərdə iştirakçılar bələdiyyələrdə strateji planlaşdırma, vətəndaş iştirakçılığının formaları və bunun təmin edilməsində bələdiyyələrin rol və vəzifələri digər zəruri məsələlər üzrə məlumatlandırılacaqlar.

Layihə çərçivəsində, həmçinin sözügedən bələdiyyələr üçün Strateji fəaliyyət planları hazırlanacaq.

Bənzər yazılar

Back to top button