GündəmManşetÖnə çıxanlarSiyasət

Media Klubu: Media azadlığını təhdid edən davranışlar dayandırılmalıdır

Ötən gün Media Klubunun üzvləri ölkə mediasının aktual problemlərini müzakirə etmək məqsədi ilə növbədənkənar toplantı keçirib.

Toplantıya səbəb son günlər ölkədə baş verən və ictimai əhəmiyyət daşıyan hadisələri işıqlandırdıqlarına görə bloklanan və barələrində cinayət işi qaldırılan internet resurslarından ikisinin Media Klubuna müraciəti olub.

Belə ki, “bastainfo.com” saytının baş redaktoru Müstafa Hacıbəyli və gününsesi.info saytının baş redaktoru Pərviz Həşimli məsələ ilə bağlı “Media Klubu”na müraciət edərək, üzləşdikləri problemlə bağlı danışıblar. Baş redaktorlar Azərbyacan Cinayət Məcəlləsinin 313-cü maddəsilə (vəzifə saxtakarlığı) qaldırırlmış cinaət işinə hələlik şahid kimi cəlb ediliblər.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Media Klubu hər iki baş redaktoru dinləyərək, onlara məxsus resursların bloklanmasının səbəblərini və qarşılaşdıqları problemləri birinci mənbədən dinləmə fürsəti əldə edib.

Dinləmələrdən sonra Media Klubu son günlər baş verən və media azadlığını ciddi təhdid edən basqılardan ciddi narahatçılığını bildirərək, xəbər resurslarına qarşı aparılan basqıcı münasibətin duldurulması zəruriliyini bəyan edib:

“2016-cı ildə saytların balkolanması ilə bağlı qanunvericilik qəbul ediləndən bu yana 60 internet resursu bloklanıb və onlara çıxış qanunsuz olaraq qadağan edilib.

İyul ayının ilk günlərində ölkədə bir-birinin ardınca baş verən və cəmiyyətdə ciddi narahatçılıq yaradan Mingəçevir qəzası, habelə Gəncə olaylarının cəmiyyətin bütün təbəqələrinin diqqət mərkəzində olduğunu, bu səbbədən də media qurumlarının bu hadisələrlə bağlı istər rəsmi və digər xəbərləri, istərsə də mülahizə və iddiaları işıqlandırmasının təbii media və jurnalistika funksiyası olduğuna diqqət çəkir.

Kütləvi informasiya vasitələrinin əsas funksiyası xəbərləmə və cəmiyyəti marifləndirmədir. Məhz bir çox media resursu kimi bloklanaraq haqlarında cinayət işi başladılan internet resursları da əsasən qanunvericiliyə sadiq qalaraq rəsmi məlumatları yaymış, ayrıca fərqli tərəflərin düşüncə və mülahizələrinə yer vermişdir. Bu davranış demokratik cəmiyyətdə zərurilik prinsipi çərçivəsində klassik jurnalistika funksiyasıdır. Mövcud Azərbaycan Konstitusiyasının 50-ci maddəsi mətbuat azadlığına təminat vermiş, 71-ci maddə isə buna qeyri-qanuni müdaxiləni yolverilməz hesab etmişdir. Azərbaycanın ratifikasiya etdiyi Avropa Konvensiyasının 10-cu maddəsi də ifadə azadlığı çərçivəsində media azadlığına təminat verib. Belə olan halda, Prokurorluq orqanlarının sistemli şəkildə baş redaktorları çağıraraq onlara xəbərdarlıq etmələri, məhkəmə qərarı olmadan hansısa yazıların hüquq pozuntusu yaratdığını iddia etmələri birbaşa media azadlığını təhdid edən davranışdır və konstitusiyon hüquqa kobud müdaxilədir.

KİV haqqında Qanunun 62-ci maddəsi rəsmi qurumların, şəxslərin və digər tərəflərin yaydığı təkzib edilməmiş məlumatlar üçün KİV-in və jurnalistin məsuliyyət daşımayacağını açıq şəkildə bildirir. Buna baxmayaraq bloklanan resursların rəhbərləri məhz agentliklərin və digər qurumların məlumatlarını, analizlərini yaydıqlarına görə istintaqa cəlb edilib, məhkəmə qərarları olmadan onların vasitələri, kompüter və telefonları əllərindən alınıb, jurnalist mənbələrinin gizliliyi prinsipinə qanunsuz müdaxilələr edilib.

Media Klubu son vaxtlar rəsmi prokurorluq orqanlarının ön senzura rolunda çıxış etməsindən ciddi narahatçılığını ifadə edərək, media azadlığını təhdid edən bu davranışların dayandırılmasının zəruriliyini qeyd edir və bu basqıların dayandırılmasına çağırır”.

Rövşən Hüseynov

Bənzər yazılar

Back to top button