Hadisə

Ləğv edilmiş “Royal Bank”ın baş direktorunun cəzası azaldıldı

Ləğv edilmiş “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu – bankın baş direktoru Fuad Camın cinayət işi yenidən araşdırılıb.

AzToday.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü yenidən dəyişdirilib.

Araşdırma nəticəsində təqsirləndirilən Fuad Cama Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə irəli sürülmüş ittiham ləğv edilib.
Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin yekun qərarı ilə F.Cama təyin edilmiş 8 il azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib. Ə.Camla bağlı 6 il azadlıqdan məhrumetmə cəzası isə dəyişdirilməyib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə “Royal Bank”a verilən lisenziya ləğv olunub. İttihama görə, Əli Cam və Fuad Cam öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilən külli miqdarda özgə əmlakını mənimsəyərək talayıblar. Onlar rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədiblər. Pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək üçün həmin pul vəsaitlərindən istifadə etməklə saxta maliyyə əməliyyatları həyata keçiriblər. Bununla da külli miqdarda pulu leqallaşdıraraq mənimsəyiblər.

Əli Cam 2019-cu ildə Dubayda tutularaq Azərbaycana ekstradisiya edilib. Fuad Cam isə eyni ildə ölkəyə qayıdarkən tutulub. Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Cam 13 il və Ə.Cam isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib. F.Camın cəzası 8 ilə, Ə. Camın cəzası 5 ilə endirilib. Bir neçə ay əvvəl Ali Məhkəmə qərarı qismən ləğv edib işi yenidən apellyasiya baxışına qaytarmışdı.

Bənzər yazılar

Back to top button