Dünya

ABŞ HƏMAS-ın iranlı tərəfdarlarına qarşı sanksiyalar tətbiq edir

Çərşənbə axşamı ABŞ HƏMAS-la əlaqəli şəxslərə və qurumlara qarşı sanksiyaların üçüncü paketini elan edib.

Belə ki, Dövlət Departamenti Əkrəm əl-Acurini İslami Cihad (PIJ) hərəkatının lideri kimi qlobal terrorçular siyahısına daxil edib.

Acuri baş katibin müavini və İslami Cihadın silahlı qanadı olan Əl-Qüds briqadasının lideridir.

ABŞ Maliyyə Nazirliyi həmçinin siyahıya HƏMAS və ya İslami Cihada dəstək verən yeddi fiziki şəxsi və iki təşkilatı daxil edib.

“İranın İslam İnqilabı Keşikçiləri Korpusu vasitəsilə dəstəyi, HƏMAS və İslami Cihada pul köçürmələri və silah-sursatla təminat yolu ilə terror fəaliyyətləri həyata keçirməyə imkan verir”, – deyə dövlət katibi Entoni Blinken bəyan edib.

“İran İslami Cihad döyüşçülərinə Qəzza zolağında raket istehsalı üçün təlim keçib və həmçinin hərəkatın döyüşçülərini dəstəkləyən qrupları maliyyələşdirib”, o əlavə edib.

Blinken həmçinin qeyd edib ki, ABŞ “Həmasın maliyyə kanallarını dağıtmaq üçün tərəfdaşlar və müttəfiqlərlə işləməyə davam edəcək”.

Bu arada Bayden administrasiyası İraqın İrandan elektrik enerjisi almasına mane olacaq və Tehranın humanitar mallar almaq imkanlarını məhdudlaşdıracaq sanksiyaları dörd ay müddətinə uzadıb.

Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bəyan edib ki, İran bir dollar da almayacaq.

“Bu sanksiyalar hələ 2018-ci ildə tətbiq edilib. Bu müddət ərzində İranın sabitliyi pozan fəaliyyətlərini davam etdirdiyini görürdük. İndi biz onların marionetlərini məsuliyyətə cəlb etmişik”, – deyə Miller qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button