GündəmHadisə

Direktor əvəzi AzToday.az-ı hədələdi – Zorla tənqidi yazının silinməsini tələb edir

Bakının Hovsan qəsəbəsində yerləşən 270 nömrəli orta məktəbin direktor əvəzi Kəmalə İbrahimova məktəbin kollektivini AzToday.az-da dərc olunan “270 nömrəli məktəbin direktor əvəzi təhsil ocağını musiqi məktəbi ilə səhv salıb?” başlıqlı yazıya görə səfərbər edib. Saytın sosial şəbəkə hesablarında məlum paylaşımın altında 270 nömrəli məktəbin müəllimləri və valideynləri onlarla şərh yazaraq yazıda səslənən tənqidləri yalan və böhtan adlandırmaqla bərabər Kəmalə İbrahimovanın nümünəvi şəkildə məktəbi idarə etdiyini sübut etməyə çalışıblar.

Kəmalə İbrahimova dünən daha da qabağa gedərək bizi təhdid etməyə başlayıb. Özünü direktor əvəzininin qardaşı kimi təqdim edib 0556420906 nömrəli telefon nömrəsindən edən biri sözügedən yazının saytdan silinməsini tələb etməklə yanaşı ünvanımıza təhqirlər və təhdidlər səsləndirdi. İsrarla saytın redaktorunu görüşə çağıran Kəmalə İbrahimovanın adamının məqsədinin qoçuluq etmək olduğu şübhə doğurmurdu. Saytın emailinə, telefon nömrəsinə və “vatsap” hesabına göndərdiyi mesajlar bunu açıq şəkildə sübut edir. Kəmalə İbrahimovanın adından danışanın səsləndirdiyi təhdidlərin ciddi xarakter aldığını görüb hüquq-mühafizə orqanlarına müraciət etmək qərarı aldıq. 0556420906 nömrəli telefondan edilən zəngləri və göndərilən mesajları gün ərzində hüquq-mühafizə orqanlarına təqdim edəcəyik. İnanırıq ki, hüquq-mühafizə orqanları adekvat tədbir görüb direktor əvəzinin qoçuluq etmək istəyən qardaşı barədə lazımi ölçü götürəcəklər.

Kəmalə İbrahimovanın nəzərinə çatdırmaq istəyirik ki, məktəb kollektivini müdafiəsinə səfərbər etdirməklə və bizi hədələməklə heç nəyə nail ola bilməyəcək…

Orxan Məmmədli

Bənzər yazılar

Back to top button