Siyasət

Beynəlxalq Ədalət Məhkəməsi Bakını ermənilərin Qarabağa qayıtması üçün şərait yaratmağa çağırıb

Beynəlxalq Ədalət Məhkəməsi cümə günü Ermənistanın müraciəti əsasında müvəqqəti tədbirlər haqqında qərar qəbul edib.

Xüsusilə, məhkəmə qərar verdi ki:

– Azərbaycan 2023-cü il sentyabrın 19-dan sonra Dağlıq Qarabağı tərk edən və ora qayıtmaq istəyən şəxslər bunu tez və təhlükəsiz  etmək imkanı olsun;

– sentyabrın 19-dan sonra Dağlıq Qarabağda qalan və getmək istəyənlərin tez və təhlükəsiz şəkildə bunu edə bilməsini təmin olunsun;

– sentyabrın 19-dan sonra Dağlıq Qarabağda qalan və ya ora qayıdanların təzyiq və hədələrə məruz qalmamasını təmin edilsin.

Məhkəmə həmçinin qərar verib ki, Azərbaycan Qarabağ sakinlərinin şəxsiyyətinin və xüsusi mülkiyyət hüququnu təstig edən sənədlər saxlamalıdır.

Məhkəmə qərarında o da deyilir ki, Azərbaycan 8 həftə ərzində atdığı addımlar barədə məhkəməyə məlumat verməlidir

Bənzər yazılar

Back to top button