Hadisə

95 min manatlıq “Pikap” alış-verişi baş tutmadı – SƏBƏB

Göygöl Milli Parkının “Dizel mühərrikli pikap tipli nəqiliyyat vasitəsi”nin satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

32gun.az xəbər verir ki, buna səbəb Müvafiq icra hakimiyyəti orqanının qərarıdır. Bu da DSQ 4.1.2, 38.2, 57.3.z-ci maddələri ilə tənzimlənir.

Qeyd edək ki, bu ilin noyabr ayında sözügedən tenderə “SKAZ AUTOHOUSE” MMC-ni qalib seçmişdi. Tərəflər arasında 95.367,6 AZN-lik müqavilə imzalanması gözlənilirdi.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan “SKAZ AUTOHOUSE” MMC-nin qanuni təmsilçisi, baş direktoru Toğrul Paşayevdir.

T.Paşayev 2019-cu ildə “Skoda” avtomobillərinin Azərbaycanda rəsmi distribüteri “SKAZ AUTOHOUSE” MMC-nin baş direktoru təyin olunub. 2020-ci ildən isə Changan brendinin Azərbaycanda rəsmi distribüteri “Azərbaycan Avtomobil Evi” MMC-nin baş direktorudur.

Xatırladaq ki, Göygöl Milli Parkına direktor Fuad Quliyevdir. O bu ilin mart ayında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev əmri ilə bu vəzifəyə təyin olunub.

Bənzər yazılar

Back to top button