Siyasət

Azərbaycan HHM bölmələrinin döyüş hazırlığı yoxlanılıb

Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub.

Müdafiə Nazirliyinin press-relizində deyilir ki, komandanlıq HHM bölmələrinin praktiki döyüş atışlarını izləyib.

General-polkovnik Z.Həsənov komanda-idarəetmə məntəqəsində HHM bölmələrinin döyüş hazırlığı və döyüşə hazırolma vəziyyəti barədə məruzələri dinləyib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Şərti düşmənin aşkar olunan hava hədəfləri məhv edilərək qarşıya qoyulmuş tapşırıqlar müvəffəqiyyətlə icra edilib, deyə nazirliyin məlumatında qeyd edilir.

Bənzər yazılar

Back to top button