İdman

Mourinyu rəhbərlikdən bu iki futbolçunu almağı tələb etdi

“Roma”nın baş məşqçisi Joze Mourinyu bu mövsüm Maurisio Poçettinonun rəhbərliyi altında hələ bir dəqiqə belə oynamamış iki “Çelsi” oyunçusunu transfer etməkdə maraqlıdır.

Fanat.az xəbər verir ki, bu barədə “Sport Bible” məlumat yayıb.

Mənbənin məlumatına görə, portuqaliyalı mütəxəssis qış fasiləsində mərkəz müdafiəçisi almağı prioritet hesab edir. Bu məqsədlə o, London klubunu oyunçuları Malanq Sarr və Trevo Çalobahı sərəncamında görmək istəyir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Sarr ötən mövsümü Liqa 1 təmsilçisi “Monako”da icarə əsasında keçirib və burada ümumilikdə 17 oyuna çıxıb.

Çaloba da əsas komandanın futbolçuları arasında deyil. Trevonun yanvarda “Çelsi”ni tərk etməkdə israrlı olduğu bildirilir. “Mançester Yunayted”, “Nyukasl” və “Bayern” kimi bir sıra nəhənglər də onun xidmətində maraqlıdır.

Bənzər yazılar

Back to top button