İqtisadiyyat

Azad Rəhimovun bacısı oğlunun şirkətinə qarşı cinayət işi Ali Məhkəmədə

“Azinvest İnşaat” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) və “Aztol-Alat” MMC-yə qarşı cinayət işi ilə bağlı Ali Məhkəməyə müraciət edilib.

Qaynarinfo xəbər verir ki, bu iş üzrə iki nəfər təqsirləndirilir. Həmin şəxslər Maqsudov Nuran İsrail oğlu və Cəfərov Aqşin Əlövsət oğludur.

Onlara Cinayət Məcəlləsinin 193-1.3.1(Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma- mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İşə iki məhkum da cəlb edilib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Məlumata görə, kassasiya şikayətini təqsirləndirilən şəxslər verib.

“Azinvest-İnşaat” QSC ölkənin aparıcı tikinti şirkətlərindən biridir. Dövlət Vergic Xidmətinin reyestr məlumatlarında şirkətin qanuni təmsilçisi kimi Seyidəhmədov Anar Tofiq oğlunun adı qeyd edilib.
Lakin mediada gedən məlumatlara görə, şirkətin sahibi keçmiş gənclər və idman naziri, mərhum Azad Rəhimovun bacısı oğlu Teymur Teymurovdur.

Azad Rəhimov 2006-2021-ci illərdə Azərbaycanın gənclər və idman naziri olub. O, 30 aprel 2021-ci ildə nazir vəzifəsində olarkən dünyasını dəyişib.

Bənzər yazılar

Back to top button