GündəmHadisə

Muxtar Babayevin diqqətinə: Atesstasiya oyununun pərdəarxası məqamları – Direktor müavini imtahana niyə qatılmayıb?

Noyabrın 15-də 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində Meşələrin Inkişafı Xidməti tərəfindən keçirilən attestasiya ciddi narazılığa səbəb olub.

AzToday.az-a müraciət edən işçilər hesab edirlər ki, attestasiya imtahanına qəsdən ağır suallar salınır, hansıkı o sualların əksəriyyətini bizim ixtisasımızla heç bir əlaqəsi yoxdur:

“Biz uzun illərin təcrübəli məşrçiləriyik, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu meşə sənətin bizə çox görüb, bizi işdən çıxartmaq istəyir.

Ekologiya Nazirliyi bir qrup “mafiyoz”un əlində oyun-oyuncağa çevirilib.

Attestasiya imtahanına ağır suallar salınır, hansıkı o sualların əksəriyyətini bizim ixtisasımızla heç bir əlaqəsi yoxdur.

Görünür burda məqsəd lazım olan işçiləri vurub işdən çıxartmaqdır.

Bizə çatan məlumatlara görə, hələ bu azmış kimi, rəhbərliydən attestasiyada komissiya qismində iştirak edən üzvlərə “kimin keçəcəyinin” siyahısı verilmişdi və onlar da öz saxtakarlığın etdilər.

Necə olurki 20 ilin təcrübəli meşəçiləri 10-20 bal toplayır, bir il ərzində gəlib işləyib ağac cinslərin tanımayan işçilər isə 30 və 40 baldan çox”.

Bu arada qeyd edək ki, attestasiya imtahanında 13 nəfər iştirak etməli imiş. Amma mərkəzin direktor müavini Rahib Ağayev imtahanda iştirak etməyib. İşçilər hesab edir ki, Rahib Ağayevin imtahanda iştirak etməməsinin əsl səbəbi onun barəsində savadsız və ekologiya sahəsinə aid heç nə bilməməsi ilə bağlı mediada yayılan xəbərlər səbəb olub. İmtahandan əvvəl işçilərin narazılığını mediada işıqlandırması səbəbindən sözügedən attestasiyaya müdaxilə etmək imkanları azaldığından Rahib Ağayev səhhətini bəhanə edərək imtahana qatılmayıb. Rahib Ağayevin başqa mərkəzlərdə keçirilən imtahanlarda iştirak edib “keçəcəyi” ehtimal olunur.

İmtahanda iştirak edən 12 nəfərdən yalnız 3 nəfər tələb olunan bal həddini keçib. Direktor imtahandan keçməyənləri işdə saxlaya bilməyəcəyini onlara bildirib.

Bənzər yazılar

Back to top button