Hadisə

Salyanda şou göstərən sürücü 3 nəfərin həyatını təhlükə altında qoydu (VİDEO)

Yolda şou göstərən sürücü qəza törədib. Hadisənin Salyan rayonunda baş verildiyi bildirilir.

Belə ki, 10-VA-086 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü yüksək sürətlə gələrək yanacaqdoldurma məntəqəsinə daxil olub.

İdarəetməni itirən sürücü 3 nəfərin həyatını təhlükə altında qoyub. Xoşbəxtlikdən o, yanacaq dolduran avtomobilə çırpılaraq dayanıb.(Avtosfer.az)

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button