GündəmSiyasət

Fransa pis məsləhətçidir – İlham Əliyev

Sentyabrın 11-dən bəri Azərbaycan Ermənistan hökumətindən sülh müqaviləsinin layihəsi ilə bağlı təkliflərə cavab gözləyir. Bu barədə bazar ertəsi dövlət başçısı İlham Əliyev İraq prezidenti Əbdüllətif Camal Rəşidlə birgə brifinqdə bildirib.

“Biz Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib”.

Onun sözlərinə görə, bunun səbəbi Fransadan “pis məsləhətlərin” verilməsidir. “Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır”, deyə Əliyev bildirib.

Fransa Ermənistanı silahlandırmaqla ona kömək etməyəcək. O, yeni bir müharibəyə başlamaq qərarı versə, nəticə eyni olacaq. Əvvəl də olduğu kimi, heç kəs onlara kömək etməyəcək, deyə Əliyev vurğulayıb.(Turan)

Bənzər yazılar

Back to top button