Hadisə

Dövlət Agentliyi qazini işdən çıxardı, iş məhkəməyə qədər uzandı

Dövlət Məşğulluq Agentliyinin 15 saylı ərazi Məşğulluq Mərkəzinin baş mütəxəssisi Ziya Zaidov işdən çıxarılıb.

Qaynarinfo xəbər verir ki, onun işdən çıxarılmasının səbəbi bəlli olmasa da, Ziya Zaidov bu qərarı qanunsuz hesab edir. Hər halda keçmiş Agentliyin keçmiş əməkdaşı işə bərpa və əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Onun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Kərim Xudiyevin icraatındadır.

Ziya Zaidov Vətən müharibəsi iştirakçısıdır. O, 2021-ci ildə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Bu barədə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində də məlumat dərc edilib.

Dövlət Məşğulluq Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. O, nazir vəzifəsinə 2018-ci ildə təyin edilib. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri isə Mustafa Abbasbəylidir. O, 2020-ci ildən bu vəzifədədir.

Bənzər yazılar

Back to top button